Rusiya Donetski artilleriya atəşinə tutdu: 5 ölü, 2 yaralı

07.04.2024 12:02     Dünyadan reaksiya     209

Aprelin 6-da Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinə artilleriya ilə hücum edib. Hücum nəticəsində biri azyaşlı qız olmaqla, 5 nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ruslar Pokrovski və Krasnoqorovka yaşayış məntəqələrinə, eləcə də Odessa və Xarkova da zərbələr endirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar