Dueyn Conson Baydenlə bağlı qərarını açıqladı

07.04.2024 12:33     Dünyadan reaksiya     123

Amerikalı aktyor Dueyn Conson ABŞ-da keçiriləcək prezident seçkilərində Co Baydeni dəstəkləməyəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

“İndi ABŞ-dakı vəziyyətdən razıyammı? Yox! Vəziyyət yaxşılaşacaqmı? Mən optimist insanam və hər şeyin yaxşılaşacağına inanıram. Bir neçə il əvvəl Baydenə dəstəyimi bildirdim, çünki o vaxt mənim üçün ən yaxşı qərar olduğunu düşünürdüm... Bu il də eyni şeyi edəcəyəmmi? Cavab "xeyr"dir”, - Conson bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar