BMT Ekvador qüvvələrinin Meksika səfirliyinə hücumuna münasibət bildirib

07.04.2024 11:47     Dünyadan reaksiya     200

BMT-nin baş katibi Antonio Quterreş Ekvador təhlükəsizlik qüvvələrinin Meksika səfirliyinə hücum etməsindən narahatdır.

Reaksiya.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Baş katib Ekvador təhlükəsizlik qüvvələrinin Meksikanın Kitodakı diplomatik missiyasının binasına daxil olmasından narahatdır”-deyə, o bildirib.

Onun sözlərinə görə, Quterreş diplomatik binaların toxunulmazlığını xatırladıb: “Bu prinsipə beynəlxalq hüquqa uyğun olaraq bütün hallarda hörmət edilməlidir. Əks halda normal beynəlxalq münasibətlərin qurulması təhlükəsi var”.

BMT-nin baş katibi hər iki tərəfi fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar