"Qarabağ"ın oyununda altı qol vuruldu

07.04.2024 11:14     Sport reaksiya     102

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Reaksiya.az xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah“ səfərdə “Turan Tovuz”un qonağı olub.

Tovuz şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 26-cı dəqiqədə Aleks Souza və 82-ci dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” 6-cı pilləyə yüksəlib. “Sabah” isə 40 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, XXIX turun açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib. Tura martın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar