"Atletik Bilbao" 40 ildən sonra yenidən İspaniya kubokunu qazanıb

07.04.2024 12:45     Sport reaksiya     207

"Atletik Bilbao" Kral Kubokunun finalında "Malyorka"nı məğlub edib.

Reaksiya.az xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Vurulan qollar: Oyan Sanset (50) - Daniel Rodriqes (21). Penaltilər seriyasında "Atletik" 4:2 hesabı ilə qalib gəlib.

"Atletik" tarixində 24-cü dəfə Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə mükafatı 40 il əvvəl - 1983/84 mövsümündə alıb. Klubun qələbə sayına görə, yalnız "Barselona"dan (31) geri qalır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar