Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

31.03.2021 13:54     Sosreaksiya     826

Martın 31-də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
 
Reaksiya.az xəbər verir ki, anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Mərasimdə Murad Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.
Çıxış edənlər qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar.
 
Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
 
 
 

Şərhlər