Erməni veterandan ŞOK ETİRAF: “Melkonyan kişi sevgilisi Seyranla..” - FOTOLAR

27.02.2016 20:58     A-reaksiya     9486

Ermənistan ictimaiyyəti, xüsusən ölkə gəncləri terrorçu Monte Melkonyanın homoseksual olması barədə bu yaxınlarda üzə çıxmış faktların şokundan ayılmamış yeni “sürprizlərlə” qarşılaşıblar.
 
Publika.az xəbər verir ki, Qarabağ müharibəsində iştirak etmiş, Fransada yaşayan Ruben Siropyan Monte Melkonyanın kişi sevgilisinin olduğunu təsdiqləyib.
 
O, hətta həmin şəxsin adını da açıqlayıb.
Erməni veteranı həmin şəxsin “Aram” ləqəbli Seyran Arutunyan olduğunu bildirib. Yeri gəlmişkən, Aram özü də Fransada məskunlaşıb.
 
Ruben Siropyanın sözlərinə görə, Seyran Arutunyan Qarabağ döyüşlərində Melkonyanın köməkçisi qismində iştirak edib. Amma heç bir döyüşə qatılmayıb. Melkonyanla “əri” Seyran arasındakı yaxın münasibətlərin mövcudluğu haqqında şübhələr cütlüyün iki əsgəri otaqdan çıxararaq gecə bir yerdə yatmasından sonra yaranıb. Ruben Siropyanın sözlərinə görə, Seyran Melkonyanın heç bir hərbi nizam-intizam qaydası gözləmədiyi, açıq-saçıq söhbət etdiyi yeganə şəxs olub. Erməni əsgərlərinə qarşı ciddiliyi ilə seçilmiş, hər kəsdən nizam-intizam tələb etmiş Monte Seyranın hər cür azadlığına göz yumub.
 
Dekabrın 31-dəki (1992-ci ildə) şənlik məclisində sərxoş Montenin Seyranın dodaqlarından öpməsi şübhələrə yer qoymayıb. “Artıq hər kəs bilirdi ki, onlar sevişirlər” – deyə Ruben Siropyan bildirib.  
 
Cütlüyün “sevgi” macərasının ilk canlı şahidi olmuş (Rubenin sözlərinə görə əsgər onların əyləndikləri otağa təsadüfən daxil olub) və bu barədə hərbçi yoldaşlarına xəbər vermiş 22 yaşlı əsgər Melkonyan tərəfindən müxtəlif təzyiqlərə və hədələrə məruz qalıb.
 
Arzuolunmaz şahid qeyri-adi “eşq” sirrini hərbçi yoldaşlarına açdıqdan bir ay (28 gün) sonra heç bir döyüş əməliyyatının aparılmadığı şəraitdə öldürülüb.
 
Batalyonun əsgərləri Melkonyan-Seyran cütlüyünün intim münasibətlərindən məlumatlı olsalar da, bu barədə danışmağa heç kim cürət etməyib. Əsgərlər bu haqda ancaq üstüörtülü şəkildə, eyhamla söhbət ediblər. Ruben Siropyan bildirib ki, qeyri-adi “eşq” barədə hər hansı söhbət həmin əsgərin “müəmmalı” şəkildə öldürülməsi ilə nəticələnə bilərdi.
 
Montenin əsgərləri daim Melkonyanın Seyranla “mehriban” söhbətlərinin, “sevgi” pıçıltılarının şahidi olub. 
 
Seyran Arutunyan gecə-gündüz Melkonyanla birlikdə olsa da, Monte ona fotoqrafların və televiziya jurnalistlərinin kadrına düşməməyi tapşırıb. Bu səbəbdən də Arutunyan Melkonyanın “şanlı” döyüş yolunu əks etdirən yüzlərlə fotonun və videogörüntünün heç birində yoxdur. Daha bir maraqlı fakt isə Melkonyanın öldürüldüyü gündən bir gün sonra Seyran Arutunyanın döyüş bölgəsindən arxa cəbhəyə göndərilməsi, iki ay sonra isə (1993-cü ilin avqustunda) ordudan tərxis edilməsidir.       
 
Qeyd edək ki, Melkonyanın homoseksuallığı artıq erməni mətbuatında da üstüörtülü formada müzakirə edilir. Bunu erməni mavilərinə məxsus elektron KİV-lərdə dərc olunmuş materiallar da sübut edir. Bu ölkənin homoseksualları etiraf edirlər ki, Monte Mlekonyan və hətta qardaşı Markar Melkonyan seksual azlıqlara loyal münasibət bəsləyiblər: “Milli qəhrəman” Monte Melkonyanın qardaşı Mamikon Hovsepyan bizə (mavilərə) yaxınlaşdı. O, əlini yellədi və bununla (bizi) dəstəklədiyini bildirdi”.
 
Bütün bunlar bir yana, bir müddət əvvəl paytaxt İrəvanda aksiya keçirmiş homoseksuallar Montenin fotosu olan gödəkcələrlə meydana çıxmışdılar. Qəribə cəhət bundan ibarətdir ki, homoseksualların bu jesti ermənilər üçün hər hansı kəskin reaksiya ilə qarşılanmayıb.
 
Ermənistanın seksual azlıqlara məxsus xəbər portalları, o cümlədən “gayarmenia.com” da Melkonyanın mavilərə rəğbət bəsləməsi haqda yazır, Montenin homoseksuallarla bağlı “xoş xatirələrini” üstüörtülü şəkildə vurğulayırlar.     
 
Jurnalist Vaan İşxanyan erməni yazıçılarından birinə  məktubunda Monte Melkonyanın erməni ultra-millətçilərinə rəğbət bəsləmədiyini, onun geylərə qarşı zorakılığın əleyhdarı olduğunu yazıb.
Montenin dul qalmış arvadı Seta Melkonyanın etirafları da, qadının ərinin homoseksuallara münasibətini ortaya qoyur: “Bəzi qüvvələr Monteyə qarşı qərəzli mövqe tutmuşdu. Buna görə də ərimə qarşı hər cür pisliklər etdilər. Amma əsas olan odur ki, antifaşist Monte seksual azlıqların, LGBT-nin hüquqlarının müdafiəçisi idi”.
 
Maraqlıdır ki, Seta ərinin seks macəraları haqda söylənilənləri, o cümlədən son günlər sosial şəbəkələrdə gedən müzakirələri susqunluqla qarşılayır. Bununla yanaşı Seta Melkonyan yalnız ərinin gecə klublarından birində (?) üzləşdiyi xoşagəlməz hadisədən təəssüf hissi keçirdiyini etiraf edir. Qadın açıq danışmasa da, çoxlarına məlumdur ki, söhbət Montenin ABŞ-dakı gecə klubunda qadın kimi iştirak etməsindən gedir. Seta bu olaya yalnız “Bu, biabırçılıqdır” – deyə reaksiya verib.   
 
Montenin döyüş yoldaşlarının sözlərinə görə, Melkonyan “hüquq müdafiəçisi” rolunu oynayaraq  erməni ordusundakı homoseksuallara loyal münasibəti ilə seçilib. Bəzi araşdırmaçılar homoseksual Mark Saroyanın Monte ilə münasibətlərinin yaxşı olduğunu etiraf edirlər. Yeri gəlmişkən qeyd edək ki, həmin şəxs Melkonyanla eyni ildə – 1993-cü ildə ölüb. Özü də QİÇS xəstəliyindən.

Şərhlər