Sumqayıtı qana boyamış erməni - VİDEO

28.02.2016 21:00     A-reaksiya     1724

Qanlı hadisə zamanı 26 erməni, 6 azərbaycanlı öldürülüb.

Sumqayıt Hadiseleri 1989

Sumqayıt hadisələrindən 28 il ötür. ANS TV-nin məlumatına görə, həmin gün Sumqayıt 40 illik tarixinin ən acı səhifəsini yaşayıb. Qanlı hadisə zamanı 26 erməni, 6 azərbaycanlı öldürülüb, 400-dən artıq insan xəsarət alıb.

Erməni separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində alternativ iğtişaşlar törətmək qərarına gəlir. Və  bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçdilər.

Hər kəs açıq-aydın bilirdi ki, Sumqayıtda məlum hadisələrin planı işlənib hazırlanıb və onun həyata keçirilməsi vaxtı müəyyənləşdirilib. Hadisələrə  Qriqoryan başçılıq edib. Sumqayıtda yaşayan ermənilərin mənzillərinin öncədən siyahısı çıxarılıb cinayətkar dəstənin üzvlərinə paylandığından, kütlənin önündə gedən Eduard Qriqoryan həmin ailələrin ünvanını tez tapıb, qəddarlıqla öldürülənlərin təşkilatçısı da şəxsən özü olub. Sumqayıt hadisələrində Qriqoryan yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alət idi. O həmin hadisələrdə 5 nəfər erməni qətlə yetirib.

Həmin günlərdə şəhərdə törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər həlak olub, 200-dən çox mənzil talan edilib.  50-dən artıq mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomaşın sındırılıb və yandırılıb. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olub. Onlardan bir neçəsi uzunmüddətli həbs cəzasına, yalnız  Əhməd Əhmədov isə  güllələnməyə məhkum olunub.

Qriqoryanın 6 ermənini şəxsən öldürdüyü istintaq tərəfindən sübuta yetirilsə də, ermənilərin SSRİ məhkəməsinə təsiri, bu iğtişaşların arxasında duran qüvvələrin rolu nəticəsində ona cəmi 12 il həsb cəzası kəsilib, cəzasını çəkmək üçün Ermənistana göndərilib və bir neçə il sonra azadlığa buraxılıb.

 

Şərhlər

Çox oxunanlar