“Əsrin zəlzələsi”ni proqnozlaşdırdılar: 140 milyondan çox insanın həyatına son qoyacaq.

14.07.2016 09:10     A-reaksiya     1539

Təbii fəlakətin səbəbi kimi Hind-Avstraliya tektonik plitəsinin Birma plitəsinin altına düşməsi göstərilir.

ABŞ-ın Kolumbiya universitetinin geofizikləri dəhşətli zəlzələ proqnozlaşdırıblar.

 

Turkustan.info-nun məlumatına görə, Nature Geoscience jurnalında dərc olunan məqalədə bildirilir ki, qaçılmaz təbii fəlakət Banqladeşdə 140 milyondan çox insanın həyatına son qoyacaq.

Təbii fəlakətin səbəbi kimi Hind-Avstraliya tektonik plitəsinin Birma plitəsinin altına düşməsi göstərilir. Tədqiqatın nəticələrinə əsasən, plitələrin enməsi yalnız materikdə deyil, həm də Hind okeanında baş verir.

 

Alimlərin hesablamalarına görə, yeraltı gərginlik son 400 il ərzində davam edir. Banqladeşdə yerləşən 26 seysmoloji stansiya tədqiq edilmiş sahadə tektonik plitələrin nisbi hərəkatının ildə beş santimetr sürətlə dəyişdiyini göstərir.

Bildirilir ki, təbii fəlakət ərazi coğrafiyasının kəskin dəyişikliyi ilə müşahidə olunacaq. Yeraltı təkanların maqnitudası 9 bal gücündə olacağı təxmin edilir.

Şərhlər