580 fətullahçı saxta imtahanla ordunun başına necə keçib? - Qiyama hazırlığın ilginc detalları

23.07.2016 11:57     A-reaksiya     1403

Türk professor Ankarada 6 il öncə dövlət qulluğuna test-imtahan suallarının oğurlanmasının dövlətə vurduğu zərbələrdən danışdı.
 
2016-cı il avqustun 1-də Türkiyə Silahlı Qüvvələrində  rütbələr verilməsi və vəzifələrə yerləşdirilməklə müşayiət olunacaq növbəti təyinat və tərxisolunma prosesi aparılmalı idi. Çevrilişə cəhdin məhz bu ərəfədə baş verməsi təsadüfi deyil. Moderator.az bu bağlılığın əsl səbəblərini göstərən ilginc  bilgilər əldə edib. 
 
2010-cu ildə Türkiyədə imtahan suallarını fətullahçılar oğurlayıb?
 
Ankara Yıldırım Bəyazit Universitetnin müəllimi, professor Salih Yılmaz Türkiyədə son çevriliş cəhdinə həsr olunmuş yazısında maraqlı detallar açıqlayıb.   
 
2002-2010-cu illərdə demək olar ki, bütün hökumət strukturlarında idarəçiliyi ələ keçirmiş fətullahçı şəbəkə 2010-cı ildə dövlət qulluğuna imtahan test suallarının oğurlanmasına da nail olur. Oğurlanmış suallar Gülən tərəfdarlarının növbəti dəfə dövlət və ordu idarəçiliyi strukturlarına daha komufilə olunmuş formada yerləşdirilməsi üçün məharətlə istifadə edilir.  Dövlət bundan duyuq düşəndə isə artıq gec olur. “Qanuni” imtahan yoluyla dövlət və orduda vəzifələrə sahib çıxmış minlərlə gülənçini müəyyənləşdirib işdən azad etmək asan məsələ deyildi. Buna baxmayaraq imtahan suallarının oğurlanması ilə  məşğul olan  prokurorluq istintaqı bir çox detalları sübuta yetirməkdə idi. Yalnız Türkiyə Silahlı Qüvvələri idarəçiliiyinə 580 gülənçinin oğurlanmış testlər vasitəsilə qeyri-qanuni yolla keçdikləri və öncədən ordunun başına yerləşdirilmiş qohumları olan yüksək çinli general və zabitlərin himayəsi ilə vəzifələrə qoyulduqları müəyyən olunmuşdu. 
 
Qiyamı həmin 580 nəfərin qohumları olan generallar qaldırıb? 
 
Professor S.Yılmaz qeyd edir ki, bu il avqustun 1-də Türkiyə rəhbərliyi məhz həmin 580 nəfərin ordudan tərxis edilməsini planlaşdırıbmış. Beləliklə, qiyamın niyə məhz bu ərəfədə baş verməsi aydın olur. Əgər avqustun 1-də artıq 6 il müddətində Silahlı Qüvvələrin idarəçiliyində yer almış həmin 580 nəfər tutduqları postlardan azad olunsaydı, artıq çevriliş məsələsi düyünə düşəcək, üstəlik, bir çox digər bağlantıların üstü açılacaqdı. Deməli,  həmin 580 fətullahçının Türkiyə ordu komandanlığındakı yüksək vəzifəli qohum-əqrəbaları da üzə çıxacaqdı.  Qiyamı məhz tutularaq məsuliyyətə cəlb olunacaqlarından qorxan general və zabitlər başladıb...  
 
Bütün bunları Yıldırım Bayazit Univesitetinin tanınmış professoru iddia edir...
 
 

Şərhlər