Kreml də Qarabağ münaqişəsinin həllindən əlini üzdü, “İsgəndər” haqda danışdı

13.10.2016 19:18     A-reaksiya     1357

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına dair “böyük optimizm” içərisində deyil.
 
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Uşakov bunu Türkiyə xarici işlər nazirinin Moskvanın 5 rayonun azad edilməsini də nəzərdə tutan nizamlama planını tərəflərə təqdim etdiyi haqda bəyanatını şərh edərkən deyib.
 
“Mən deməzdim ki, biz Qarabağ münaqişəsinin yaxın vaxtlarda həllinə dair böyük optimizm içərisindəyik. Bununla belə İrəvan və Bakı ilə işi israrla davam davam etdiririk”-Uşakov bildirib.
 
 
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin həllinin yaxın perspektivdə mümkün olmadığını deyib, bunu “tərəflərin siyasi iradə nümayiş etdirməməsi” ilə əsaslandırıb. Rəsmi Bakı Kerrinin bu bəyanatına sərt reaksiya verərək ABŞ dövlət katibini tənqid edib.
 
RİA Novosti bildirir ki, Uşakov jurnalistlərin Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsi haqda da sualına cavab verib. Putinin köməkçisi bildirib ki, Rusiya Ermənistanın müttəfiqidir və tamamilə haqqı var ki, partnyoru ilə razılaşdırılmış silahları versin. 
 
“Burada gözlənilməz heç nə yoxdur və Azərbaycan üçün də bu, təəcüblü olmamalıdır. Azərbaycana da bildiyiniz kimi hansısa silahlar verilir” - Uşakov əlavə edib.
 
 

Şərhlər