Denizlidə Qarabağ parkı və Xocalı Soyqırımı abidəsinin açılışı olub.

07.11.2016 22:18     A-reaksiya     1219

Türkiyənin Denizli bölgəsində Azərbaycan və Türkiyə millət vəkillərininin, ziyalılarının, Türk dünyaının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların, Azərbaycanın Türkiyədəki Baş Konsulluğunun rəsmilərinin, Denizli resmilərinin, QHT, KİV rəhbərləri və yüzlərlə yerli  sakinin iştirakı ilə keçirilən Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı mərasimində çıxış edən Denizli bələdiyyə başqanı Osman  Zolan bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva Denizlidə Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmundur. Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Osman Zolan bildirib ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. Denizlinin mərkəzi bölgəsində yerləşən və böyük bir ərazini əhatə edən yüksək səviyyəli Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcəklər.  Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı inşallan qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik və bunun üçün birlikdə mübarizə edəcəyik deyib. Tədbirin açılışında Yazıçılar Birliyinin mətbuat katibi və İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza “Mən Türkəm” adlı şeirini səsləndirib və Dənizli bələdiyyəsinə bu önəmli addımı üçün təşəkkürünü bildirib. Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva Denizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək  Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı,  Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Çıxışına Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq sözləri ilə başlayan millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan və Türkiyə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət,  iki dövlətdir və bu gün Denizlidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı dost da düşmənə də ciddi bir mesajdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. Q.Paşayeva Azərbaycanın və ordumuzun inkişafından da danışaraq bildirib ki Azərbaycan və Türkiyə arasında bütün istqiqamətlərdə əməkdaşlığın genişlənməsi bölgədə gücümüzü daha da artırır.  Millət vəkili Qənirə Paşayeva mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Denizli adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri  o gözəl torpaqımızda da keçirəcəyik deyib. Millət vəkili Q.Paşayeva Denizli bələdiyyə başqanına və Türkiyənin bütün bələdiyyə başqanlarında öz bölgələrində Qarabağ parkı və Xocalı soyqırımı abidəsi yaradılması üçün imzalar toplayıb, müraciətlər göndərən Denizli Fen lisesi tələbələrinə duyarlılıqları üçün təşəkkürünü bildirib və biz de getdiyimiz hər bölgədə bu təkliflə çıxış edirik, ümid edirik ki Denizlidəki bu yüksək səviyyəli park və abidənin açılmasından sonra bir çox bələdiyyələr də bu addımı atacaq və onları buna çağırırıq deyib.   Tədbirin açılışında çıxış edən Türkiyə millət vəkili Nurəddin Aras da Xocalı soyqırımndan geniş danışaraq bu cür abidələrin digər bölgələrdə də qoyulmasının vacibliyndən danışıb və bildirib ki, Türkiyə hər zaman torpaqlarının işğaldan azad olunması üçün çalışan qardaş Azərbaycanın yanındadır və yanında olacaq.  Çıxışlarda sonra  Qarabağ parkının açılışı olub, parkın lenti kəsilib, Xocalı soyqırımı abidəsinin açılışı olub. Millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına və KİV nümayəndələrinin sualları da cavablandırıb. Qarabağ

parkının açılışı mərasimi bəzi televiziyalar tərəfindən canlı olaraq yayımlanıb. 

Şərhlər