Kahramanmaraşda Q.Paşayevanın kitablarının təqdimat və imzalanması böyük maraqla qarşılanıb

07.11.2016 22:28     A-reaksiya     1280

Türkiyənin Kahramanmaraş vilayətində  millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub. İlk imzalanma mərasimi Sütçü İmam Universitetində, ikincisi Türk Ocaklarında, üçüncü imzalanma mərasimi isə III Beynəlxalq Kitab və Mədəniyyət Kitab Fuarında keçirilib.  Tədbirlərdə  çoxlu sayda ziyalıları, gənclər, jurnalistlər iştirak ediblər. Təqdimat və imzalanma zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri”  kitabları da daxil olmaqla kitablarının təqdimatı və imzalanması olub.  Bu cür gözəl tədbirlərin təşkili üçün Kahramanmaraş bələdiyyəsinə, Türk Ocaklarına və Universitet rəhbərliyinə,  tədbirdə iştirak edənlərə və media mənsublarına  təşəkkür edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif  yoldaşlarından və kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyərək kitablarını oxuyucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə edilən gəlirin yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənməsindən çox məmnundur. Kitablarına diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edən Q.Paşayeva Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

Şərhlər