Millət vəkili Fərəc Quliyev parlamentdə deputatlar tərəfindən səsləndirilən fikirlərə məmurların biganə qalmasından şikayətlənib.

11.11.2016 17:43     A-reaksiya     1430

Qafqazinfo” xəbər verir ki, bu barədə Meşə Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili deyib ki, bütün məsələlərin həllini prezidentdən gözləmək olmaz: “Burada elə gözəl fikirlər, təkliflər olur, amma heyf ki, elə burada da qalır. Düzdür, bu fikirlər qətnamə, qərar deyil. Ancaq yaxşı olardı ki, onları ümumiləşdirib yuxarı orqanlara çatdıraq. Hər şeyi prezident etməli deyil ki?.. Məmurlar hara baxır, onlara geniş meydan verilib. Dünən Yasamalda 40 ağacı birdən kəsiblər. Belə şey olmaz ki...”.

***

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Bakı şəhərində oksigen çatışmazlığı var: “Bu da daha çox yaşıllıqların məhv edilməsi ilə bağlıdır. Gələcəyimizi düşünürüksə, bu məsələyə həssas yanaşmalıyıq. 
Əslində, yaşıllıqların məhv edilməsinə görə vəzifəli şəxslərə tətbiq olunan cərimələr çox yumşaqdır. Ona görə də daha sərt cəzalar olmalıdır, maliyyə sanskiyaları tətbiq edilməlidir. Cəza yüngül olanda fərqi nədir ki? Yenə pulunu ödəyib öz bildiyini edəcək. Məhkəmə də çox zaman yumşaq qərar qəbul edir. Məmur isə yenə yerində qalır”.

 

Şərhlər