Portuqaliya səfiri: Regiondakı mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir

29.03.2017 15:18     A-reaksiya     1256

Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

Bunu Trend və "Azernews"a müsahibəsində Portuqaliyanın Azərbaycandakı səfiri xanım Paula Leal da Silva deyib.

Onun sözlərinə görə, hazırda regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir.

Səfir, həmçinin münaqişənin həlli yollarının tapılmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb:

“Biz inanırıq ki, gələcək danışıqlar münaqişənin uzunmüddətli əsasda sülh yolu ilə həllinə gətirib çıxaracaq”.

Reaksiya.az

Şərhlər