“Azərbaycan Avropa üçün dəyərli tərəfdaşdır”

22.05.2017 14:14     A-reaksiya     1381

“Avropa Parlamentinin nümayəndə heyəti bu səfəri ilə bir daha bildirmək istəyir ki, Azərbaycan Avropa üçün dəyərli tərəfdaş, böyük maraq kəsb edən dövlətdir”. 

Apa-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli məclisdə keçirilən brifinqdə bildirib.

 
O qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir: "Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna ən yüksək qiyməti verir”. 

Reaksiya.az

Şərhlər