Makron Qarabağla maraqlanır!

13.06.2017 12:11     A-reaksiya     1555

“Bizim üçün təhlükəsizlik və münaqişənin sülh yolu ilə həlli çox əhəmiyyətlidir”

Bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti Qarabağa səfəri zamanı deyib.

“Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron vəziyyətlə tanış olub. Mənim üçün Qarabağda olmaq və vəziyyətlə yerində tanış olmaq xoşdur. Bizim üçün təhlükəsizlik və münaqişənin sülh yolu ilə həlli çox vacibdir. Fransa, ABŞ və Rusiya bu məsələdə irəliləyişə nail olmaq üçün mümkün səyləri göstərir”, -deyə S.Viskonti bildirib.

O, həmçinin ATƏT-in İrəvan ofisinin bağlanmasının Vyanada müzakirə edildiyini vurğulayıb.

Reaksiya.az

Şərhlər