Lukaşenko: Qarabağ xarici müdaxilə olmadan həll edilməlidir

15.06.2017 15:44     A-reaksiya     1610

Postsovet məkanındakı konfliktlər, o cümlədən Dağlıq Qarabağ konflikti xarici müdaxilə olmadan həll edilməlidir.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının rəhbərləri ilə görüşü zamanı söyləyib.

“Çox istərdim ki, problemlərimizi özümüz həll edək. Minskdə, Moskvada, İrəvanda, KTMT-nin digər paytaxtlarında masa arxasında həll edək. Biz bu cür problemləri Qarabağ, Dnestryanı və Ukraynada da həll edə bilərik. Bu, bizim problemlərdir. Biz onları xarici müdaxilə olmadan həll edə bilərik”, - deyə o bildirib.

Reaksiya.az

Şərhlər