Dünyada iqtisadi problemlərə baxmayaraq, Azərbaycanda sosial sahədə geriyə doğru addım atılmayıb

29.07.2017 12:28     A-reaksiya     1622

Dünyada baş verən iqtisadi problemlər Azərbaycana təsirsiz ötüşməsə də, ölkədə sosial sahədə geriyə doğru hər hansı addım atılmayıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, iqtisadi çətinliklərə baxmayaraq, nəzərdə tutulan bütün proqramlar, layihələr həyata keçirilib: “Ümidvaram ki, ölkə iqtisadiyyatının şaxələnməsi, inkişafı sosial sahəyə də öz faydasını verəcək. İlk növbədə aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və əlillər məhz dövlət tərəfindən dəstəyi daha çox almalıdırlar. Bu istiqamətdə də müvafiq proqramlar həyata keçirilməlidir”.

Reaksiya.az

Şərhlər