Erməni zabitlər dolanışıq üçün rüşvət alırlar - Araşdırma

22.08.2017 17:39     A-reaksiya     1778

Ermənistan ordusunun vəziyyəti gün-gündən geriyə doğru addımlayır. Hər gün bir hadisə, hər gün rüşvət, hər gün ölüm Ermənistan əhalisini təşvişə salıb. Reaksiya.az xəbər verir ki, işğal edilmiş Ağdərə istiqamətində yerləşən düşmən ordusunun hərbi qulluqçusu Avedisyan Qarik Tiqranoviç rabitə bölüyünə təyin olunması üçün 700 ABŞ dolları məbləğində rüşvət verib. Belə bir hadisə başqa hərbi hissədə də qeydə alındıqdan sonra əsgər valideyni tərəfindən oğluna yaradılan şəraitlə bağlı narazılıq ərizəsi əsasında hərbi polis tərəfindən araşdırılmaya başlanılıb. 

Araşdırma zamanı həmin hərbi hissənin başqa bir alayında sürücü vəzifəsində xidmət edən müddətli hərbi qulluqçunun ön xətt bölməsindən daha rahat yerə təyin olunması üçün alayın vəzifəlisi - Ohan adlı şəxsə -  rüşvət təklif edilməsi hadisəsi də aşkar olunub.

Göründüyü kimi boş-boş “hədələmələrinə”  baxmayaraq, Ermənistan ordusunda ölkədə olduğu kimi anarxiya baş alıb gedir. Zabitlər ailələrini saxlamaq üçün “rahat yola” keçiblər. Bununla da əhali arasında orduda xidmət etmək xofu bütün ölkəni bürüyüb. Ermənistanla müqayisədə Azərbaycanda insanlar ön xəttdə xidmət etmək üçün könüllü müraciət edirlər. Həmçinin Azərbaycanda ordusunda xalqa, Ali Baş Komandana mütləq sədaqət yüksək vətənpərvərlik ruhunun göstəricisidir.

Zaur Qəriboğlu

"Reaksiya.az"

Şərhlər