Erməni hərbiçilər bir-birini öldürür - Fakt

Reaksiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, işğal olunmuş ərazilərimizdə yerləşən düşmən ordusunun bölmələrində cinayət hadisələri baş verməkdə davam edir.

Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində, bölük komandiri Qrikoryan vəzifəsindən sui-istifadə edərək tabeçiliyində olan Hamo adlı əsgərə qarşı fiziki güc tətbiq edib. Xəsarət alan əsgərin valideyinləri övladlarına qarşı tez-tez belə hərkətlərə yol verildiyindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburyyətində qaldıqlarını bildiriblər.

Ağdərə ətrafında yerləşən digər bölmələrin birində də döyüş mövqeyində post başçısı Tiqran ilə Sasun Spartaki Vağunts adlı hərbi qulluqçu arasında baş vermiş mübahisə nəticəsində hər iki hərbi qulluqçu müxtəlif bədən xəsarətləri alıblar.

Baş verən hadisələri ört-basdır etmək mümkün olmadığından komandanlıq cinayət işi açılması üçün hərbi polisə müraciət edib.

Zaur Qəriboğlu

Reaksiya.az

Advertisement Banner

Şərhlər