Mehriban Əliyeva: “Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram”

Mehriban Əliyeva: “Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram”
Tarix: 27.08.2017 12:29
Oxunma sayı: 763
Paylaş:

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar ona çoxsaylı təbrik məktubları, səmimi sözlər ünvanlayanların, xoş arzular bildirənlərə müraciət edib.

Reaksiya.az-ın məlumatına görə, Mehriban Əliyeva hamıya minnətdarlığını ifadə edib.

 

Müraciətdə deyilir:

 

“Əziz dostlar!

 

Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və uğurlar arzularına görə hamıya ürəkdən təşəkkür edirəm.

 

Əziz dostlar,

 

Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun.

 

Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram.

 

Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm.

 

Səmimiyyətlə,

 

Mehriban Əliyeva”

 

Reaksiya.az

Şərhlər