Oqtay Əsədov: “Kristian Vigenin kimi yalançı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ola bilməz”

02.10.2017 13:24     A-reaksiya     1562

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oktay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini sərt tənqid edib.

 O.Əsədov çıxışında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin Azərbaycana səfərin xatırladıb.

Onun sözlərinə görə, K.Vigenin Bakıda olanda regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistanda parlamentində və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcəyini deyib: "Azərbaycandan sonra Ermənistana getdi. Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. “Dağlıq Qarabağ” nümayəndələri ilə bir masada oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O, ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

Reaksiya.az

Şərhlər