“Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz”

02.10.2017 14:43     A-reaksiya     1932

“Avropa Şurasının baş katibi Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Avropa Şurasına öz dəyərlərinə söykənərək şüurlu şəkildə qəbul olunub.

“Lakin Avropa Şurasının baş katibi Yaqland Azərbaycanla təşkilat arasında soyuqluq yaratmağa, körpüləri yandırmağa çalışır. Onun hərəkətləri Avropa Şurasının nüfuzuna xələlə gətirir”.

A.Mirzəzadə qeyd edib ki, AŞPA və Avropa Şurası Nazirlər Kabineti bu məsələyə qiymət verməlidir. “Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz. Azərbaycandan beynəlxal hüquq normalarına zidd həhərəkət tələb etmək beynəlxalq diplomatik etikanı pozmaq deməkdir. Yaqland bilməlidir ki, Azərbaycan qarşı qeyri-qanunu addımlar atmaqla heç nə əldə etməyəcək”.

Reaksiya.az

Şərhlər