Azərbaycanın Qarabağla bağlı mövqeyi sərtləşib

10.10.2017 17:49     A-reaksiya     1123

"Modus Vivendi" analitik mərkəzinin rəhbəri, erməni politoloq Ara Papian hesab edir ki, Azərbaycanın Qarabağla bağlı mövqeyi sərtləşib.

“Ermənistan Xəbərləri” yazır ki, Papian bu barədə fikirlərini jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü Ermənistan üçün mənfi nəticələrə səbəb olacaq: "Bu, Ermənistana tətbiq edilən təzyiqin artması deməkdir. Mən Serj Sarkisyan və İlham Əliyevin böyük ehtimalla baş tutacaq görüşündən nəsə ciddi dəyişikliklər gözləmirəm" - Papyan deyib.

Erməni politoloq rəsmi Bakının Qarabağ məsələsində mövqeyinin sərt olduğunu və hazırda daha da sərtləşdiyini vurğulayıb.

Reaksiya.az

Şərhlər