ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”

03.11.2017 13:59     A-reaksiya     1935

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır. Biz münaqişənin həllinə dəstək veririk".  

 

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

Azərbaycan və Ermənistan prezidentlərin son görüşü barədə suala cavabında səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin bununla bağlı bəyanatını xatırladıb.

 

“Prezidentlərin son görüşü ilə bağlı həmsədrlər bəyanat verib. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkilinə dəstək veririk və bu iş davam etdirilir. Ümid edirik  ki, münaqişə sülh yolu ilə həll olunacaq. Münaqişənin sülh yolu ilə həlli vacibdir”, - deyə diplomat qeyd edib.

 

Reaksiya.az

Şərhlər