“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tarixi hadisədir”

“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tarixi hadisədir”
Tarix: 12.01.2018 16:09
Oxunma sayı: 559
Paylaş:

“Babalarımız 100 il əvvəl Şərqdə ilk Xalq Cümhuriyyəti qurub, bayrağımız, gerbimiz qəbul edilib, bir çox Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Eyni zamanda, Bakı Dövlət Universiteti, Azərbaycan ordusu yaradılıb. 9 noyabrın Azərbaycanda Bayraq Günü elan edilməsi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Bayraq Meydanının tikilməsi, bayrağa bu cür ali münasibət dövlətçilik tariximizə və ənənələrimizə hörmətin göstəricisidr”.

Bu fikirləri Lent.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli deyib. E.Həsənlinin fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamı tarixi bir hadisədir: “Prezident İlham Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Ulu öndər Heydər Əliyev 1998-ci il mayın 22-də ordumuzun 80 illiyi ilə bağlı fərman vermiş, Milli Ordumuzu da Xalq Cümhuriyyəti Ordusunun varisi elan etmişdi. Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin varisidir. Bu il də ordumuzun 100 illiyi tamam olur və dövlət başçısı 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi haqqında tarixi bir sərəncam imzalayıb”.

E. Həsənli bildirib ki, Milli Məclis də Xalq Cümhuriyyəti parlamentinin varisidir və bu il parlamentin də 100 illiyi olacaq: “Tarixi hadisələr çoxdur. Ən əsası bu il biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik və bütün dünyaya göstərəcəyik ki, Azərbaycan xalqı nə qədər demokratik, hüquq və qanunun aliliyinə önəm verən xalqdır. Eyni zamanda, Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu dünyaya nümayiş etdirəcəyik. Şərqdə ilk operanı bizim babalarımız yaradıb. Biz bu tariximizlə qürur duymaılyıq. Bu il həm də Bakının işğaldan azad edilməsinin 100 illiyidir. Ulu öndər 1999-cu ildə Türkiyə prezidenti Süleyman Dəmirəllə birlikdə Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinə abidənin açılışını etdi, Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalandı. Azərbaycan və Osmanlı ordusunun birgə gücü ilə Bakını erməni-rus işğalından azad ediblər. Bu il həmin tarixi hadisənin də 100 illiyini qeyd edəcəyik”.

E. Həsənli vurğulayıb ki, bütün bunlar Azərbaycan xalqının mübariz və istedadlı xalq olduğunu göstərir: “Biz Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu sərəncamını Azərbaycan gəncliyi, ehtiyatda olan hərbçilər olaraq çox yüksək qiymətləndiririk və bunu dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsi yolunda atılmış addım hesab edirik. 2016-cı ilin aprel hadisələri, Cocuq Mərcanlıya qayıdış, keçən il ordu quruculuğunda əldə edilən nailiyyətlər, keçirilən birgə təlimlər, Silahlı Qüvvələrin güclənməsi, ayrı-ayrı qoşun növlərinin inkişaf etməsi, prezidentin ən müasir silahların alınması barədə anons verməsini də qeyd etmək istəyirəm. Azərbaycanın öz ordusunu, dövlətini gücləndirərək, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və bu cür bayramlarımızı Şuşada, Xankəndində keçirəcəyik”.

 

Şərhlər