Livandaki Erməni diasporunun Azərbaycana yönəlik fəaliyyətləri

15.01.2018 14:31     A-reaksiya     2046

Azərbaycan ilə Livan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşsa da, münasibətlər inkişaf etdirilməmiş, rəsmi səviyyədə qalmışdır. Livan Azərbaycanda konsulluq səviyyəsində təmsil olunur. Azərbaycanın Suriya səfirliyi, eyni zamanda Livandakı Azərbaycan səfirliyi rolunu üstlənmişdir. 
 
1998-ci ildə sözdə "Dağlıq Qarabağ Respublikası" nın "baş nazir"i  adlandırılan Leonard Petrosyanın Livanda prezident, baş nazir, baş nazir köməkçisi və parlament spikeri tərəfindən rəsmi səviyyədə qarşılanması, Livanın Qarabağ problemi ilə bağlı mövqeyini göz önünə sərən bir hadisədir.
 
2007-ci  ilinin Aprel ayında Azərbaycan Respublikası Xarici işlər naziri Elmar Məmmədyarovla görüşən dövrün Livan prezidenti Emil Lahoud, Livanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını yazdığına baxmayaraq, 14 Mart 2008 tarixində BMT Baş Assambleyasının 62-konfransında "işğal altında olan Azərbaycan torpaqlarının vəziyyəti" adlı bildiriş ilə bağlı keçirilmiş səs vermədə Livan dövləti iştirak etməmişdir. Bunu isə Livanın Ermənistan dövləti və diasporu ilə üst səviyyədə olan əlaqələrini pozma istəməməsi kimi qəbul etmək olar.
 
2015-ci ilinin Oktyabr ayında Ermənistan parlamentinin sədri Galust Sahakyan, ilə Livan Məclis Başçısı Nebih Berri, bir araya gəldikləri zaman Berrinin Ermənistan məclis başçısına: "Əmin ola bilərsiniz ki, Livan Qarabağ məsələsində Ermənistanı dəstəkləyir." Söyləməsi Livan Erməni diasporunun diplomatik müvəffəqiyyəti sayıla bilər.
 
Son dövrlərdə Ermənistan höküməti erməni diasporasının fəal olduğu ölkələrdən xüsusilə Suriya və Livandan günəmuzdlu əsgərlər gətirdiyi barədə tez-tez xəbərlər yayılmaqdadır. Bu haqda açıqlama verən Azərbaycan Müdafiə naziri Zakir Həsənov bu xəbərləri təsdiqlədi. Lakin bu hadisə, Azərbaycan üçün yenilik deyildir. Birincisi Qarabağ müharibəsi zamanı da günəmuzdlu  əsgərlərin böyük bir qismi Livandan gətirilmiş ermənilər olmuşdur. Döyüş əsnasında Livan ölkəsi Ermənilərin ikinci qərargahı rolunda çıxış edirdi.
 
Ehtiram Aşırlı
 

Şərhlər