Millət vəkili AŞ PA- da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırildı

23.01.2018 15:40     A-reaksiya     1619

AŞPA Azad Demokratlar Qrupu toplantısında Ermənistanın qeyri-qanunu girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldıran milət vəkili Q.Paşayeva AŞ PA-nın, Avropa İnsan Haqları Komissarının onların azad olunması üçün Ermənistana ciddi təzyiq göstərməməsinə etirazımızı bildirərək, təşkilatı onların pozulan insan haqlarının müdafiəsində daha fəal olmağa çağırib. Təmsil olunduğumuz qrupu da bu məsələni xüsusi diqqətdə saxlamağa çağıran millət vəkili Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən əziyyətlər və ailələrinin yaşadığı böyük üzünütülər barədə məlumatlar verib . Bu məsələni Avropa İnsan Haqları üzrə Komissarı vəzifəsinə namizədlərin qrup üzvləri qarşısında çıxışı zamanı da xüsusi diqqət mərkəzində saxladıq bildirilib ki hazırki İnsan Haqları Komissarının bu məsələ ilə bağlı fəaliyyəti hiss olunmur və biz bundan çox narazıyıq və etirazımızı da hər zaman bildiririk .O bir Komissar kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün heç bir ciddi addımlar atmadı. Və Avropa İnsan Haqları Komissarı vəzifəsinə seçkilərdə səs verməzdən öncə hansı namizədin bu məsələlərə xüsusi diqqət yetirəcəyini bilmək istəyirik və mövqeyimizdə də bu məsələ xüsusi rol oynayacaq. Çünki yeni seçiləcək İnsan Haqları Komissarından ikili standartlara yol vermədən Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən azərbaycanla qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi haqlarının ciddi müdafiə olunmasını,azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ciddi səylər göstərməsini gözləyirik.

Reaksiya.az

Şərhlər