ABŞ Putinin hərbi avantürasının qarşısını alır...

01.02.2018 21:22     A-reaksiya     1994

Bu gün dünyada Rusiyanın ABŞ-la ayaqlaşması, onun iqtisadi bataqlığa yuvarlanmasına aparır. Qeyd edim ki, Vladimir Putinin Suriya və Şərqi Avropada apardığı müharibələrin və dünyada iki qütblü siyasətin formalaşdırması planın arxasında iqtisadi gücü olmadığına görə dayanıqlı deyil.

Bəli, Rusiyanın hərbi gücünün arxasında davamlı inkişaf etmiş iqtisadiyyat olsaydı, ABŞ birmənalı olaraq qalib gələrdi..

ABŞ dünyada təkcə hərbi gücünə görə deyil, iqtisadi gücünə görə hegemon dövlət statusuna malikdir. Putin anlamalıdır ki, təkcə ABŞ-ın iqtisadi sanksiyalarına görə Rusiya iqtisadi defolt vəziyyətlə üzləşib.

Bu illər ərzində Putin neftdən gələn milyardlarla nə iqtisadiyyat, nədə demokratik sistem qura bildi. Bu pullarnan öz hakimiyyətini möhkəmləndirməyə, avtoritar rejim qurmağa və hərbi xərcləri artırmağa üstünlük verdi. Artıq, indiyə qədər aparılan siyasətin sanksiyalar qarşısında necə aciz olduğunun göstəricisidir. Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə ABŞ-Rusiya münasibətlərini şərh edərkən deyib.

ABŞ-ın iqtisadi sanksiyaları, tədricən Putinin hərbi avantürasından çəkilməsinə və öz sərhdləri daxilində fəaliyyət göstərməsinə kimi davam edəcək. Bu gün dünyada dayanıqlı iqtisadiyyatı olmayan, yalnız xammal ixracı ilə inkişaf və fövqəldövlət olmaq mümkün deyil. Putinin seçdiyi yol, məhz bu idi. Elm və texnoligiyanın inkişafı və demokratik sistemlə dünyada siyasətində önəmli yer tutmaq olur.

Rusiyanın iqtisadiyyatı ABŞ dollarından asılı vəziyyətdədirsə, bu ölkə necə Vaşinqtonla siyasi-hərbi mübarizə apara bilər?!.. Rusiyaya qarşı Vaşinatonun "Kreml hesabatı" adlanan sanksiyaları, Putin adminstrasiyasının beynəlxaq miqyasda nüfuzunun zədələnməsinə hesablanan addımlardan biridir.

Qeyd edək ki, ABŞ Rusiyanın qarşısını sanksiyalarla almasa, Moskva Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaza hərbi-siyasi təzyiqləri artıracağı və bu region ölklərinin işğalına apara biləcək hərbi avantüraya gedəcəkdi. Yaxın illərdə Putinin qazaxların milli dövlətlərinin olmadıqlarını və Qazaxıstanın şimalına ərazi iddiaları, Ulraynanın şərqində "Novorossiya" adında yeni dövlətin yaradılması, Belarusun Rusiyanın tərkibinə daxil edilməsi, nəhayət Gürcüstan və Azərbaycanın ram edilməsi, Putinin əsas strategiyası idi.

Kremlə qarşı tətbiq olunan və gözlənilən sanksiyalar, Rusiyanın qonşularının dövlət müstəqilliyinin möhkəmlənməsinə və inkişafına töhfə verəcək.

Reaksiya.az

Şərhlər