MİNSK QRUPUNUN TURİST SƏFƏRİNƏ SON QOYULMALIDIR...

07.02.2018 11:52     A-reaksiya     2053

MİNSK QRUPUNUN TURİST SƏFƏRİNƏ SON QOYULMALI VƏ ERMƏNİSTANA HƏRBİ TƏZYİQLƏRƏ BAŞLANMALIDIR...

ATƏT-in Minsk qrup üzvülərinin regiona yeni səfər ediblər. İlk öncə amerikalı həmsədr Bakıya təşrif buyurdu. Həmsədr qaçqınlarla və digər rəsmi şəxslərlə görüşərək geniş fikir mübadiləsi apardı. Ardınca fransalı və rusiyalı həmsədrlər Bakıya gəlib.

Həmsədrlərin bu səfəri geniş formatda Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı ilə substaniv danışıların davam etməsi deyil, texniki məsələləri müzakirə edib arəşkəsin qorunmasını və müşahidə missiyasının sayının artırlmasını qəbul etdirib, buradan Yerevana gedib bu barədə erməniləri məlumatlandırmaqdır.

Həmsədrlərin birinci olaraq Bakıya gəlməsi Azərbaycana yeni texniki təklifin qəbul etdirməsi və mahiyyətdən kənar danışıqlara sövq etdirməkdir. Rəsmi Bakı həmsədrlər vasitəsilə Yerevana sərt mesajını yollamalı və bu kimi danışıqlara imkan verməməlidir.

Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ötən ilin sentyabr ayından başlanan diplomatik danışıqlar intensiv xarakter daşımasına baxmayaraq müsbət irəlləyişlərə gətirib çıxarmır. Bu danışıqlar qeyd edərdim ki, həmsədrlərin himayəsi ilə Ermənistanın təklifinin müzakirəsi və qəbul edilməsi istiqamətində aparılıb.

Ötən ay Krakovda XİN başçılarının görüşü də texniki məsələlərin həlli və etimad mühitinin formalaşmasına həsr olundu. 
Göründüyü kimi həmsədrlərin regiona səfəri Ermənistanda cəzasızlıq mühiti formalaşdırmaq üçün cəbhədə müşahidə mussiyasının sayının artırılması və status-kvonu qorumaqdı.

Belə olan təqdirdə Azərbaycan atəşkəsi qorumağa çalışan Minsk formatından imtina etməli yoxsa, bu kimi nəticəsiz danışıqları bundan sonra davam etdirməlidir? Birinci, rəsmi Bakı, ATƏT-in yeni italiyalı həmsədri Alfanonun Rusiya XİN başçısı Lavrovla görüşündə səsləndirdiyi "format dəyişməli" fikrini müdafiə etməli və, bu təklifi gündəliyə çıxarmalıdır. İkinci, Minsk qrupunun irəli sürdüyü ermənilərin müşahidə missiyasının sayının artırılması təklifini rədd etməli. Üçüncü, danışıqların substantiv aparılmasını tələb etməli və texniki danışıqlardan intina etməlidir. Dördüncü, həmsdərlərdən Yerevanamesaj kimi real təzyiqlərə başlamsını tələb etməli, yoxsa cəbhədə yenidən təzyiqlərin olacağını açıq bildirməlidir.

Politolaqun fikrincə, həmsədrlər və Yerevanla sakit diplomatik danışıqlar aparmaqla erməni tərəfi həyassız təkliflər irəli sürəcək və mərhələli həll danışıqlardan yayınacaq.

Minsk qrupunun hazırkı səfərində prezidentlərin iki ay ərzində görüşünün keçirilməsidə qeyd olunur. Martda Ermənistanda və apreldə Azərbaycanda keçiriləcək seçkilər fonunda belə bir görüşün baş tutması real görünmür.

Artıq, Minsk qrupunun formatının dəyişdirilməsi və Ermənistana bir neçə aydan sonra hərbi təzyiqlərin başlanmasına start verilməlidir. Cəbrayılda, Füzulidə, Xocavənddə erməni silahlı qüvvələrinin hərbi obyektlərinə zərbələr vurulmalı, Yerevanı masa arxasında ciddi güzəştlərə aparacağa qədər davam etməlidir. Münaqişə uzandıqca, danışıqlar formatı dəyişir və Rusiyanın konfliktə nəzarəti daha da güclənir.

Reaksiya.az

 

Şərhlər