ABŞ Ermənistana qarşı sanksiya tətbiq edə bilər

14.02.2018 22:01     A-reaksiya     1879

ABŞ Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə Ermənistana qarşı sanksiya tətbiq edə bilər. Bu barədə Yerevendakı ABŞ səfirliyindən hakimiyyətə məktub ünvanlanıb.

Politoloq Məhəmməd Əsədullazadə Reaksiya.az-a bildirib ki, rəsmi Vaşinqtonun Rusiyanın hərbi sənayesinə tətbiq etdiyi sanksiyaların işğalçı ölkənin silahlandırılmasını əhəmiyyətli şəkildə təsir edə bilər. Nəticədə, bu ölkəyə Rusiyadan müasir silah komplekslərinin ötürülməsi dayandırılar.

Azərbaycana qarşı işğalçı siyasət aparan bir ölkənin ölkəmizlə hərbi balans yaratmaq siyasəti və pariteti kifayət qədər zəifləyəcək. ABŞ-ın sanksiya prosesinə martın 18-də Rusiyada prezident seçkilərindən sonra tətbiqinə başlayacağı gözlənilir.

Ermənistanda maliyyə- iqtisadi vəziyyətin ağırlığını nəzərə alsaq, bu ölkənin üçüncü ölklərdən silah idxalına başlayacağı real görünmür. Ermənistana silah tədarükünə məhdudiyətlər gələrsə, apreldən sonra Serj Sarkisyan hakimiyyətinin daha da zəifləməsinə gətirəcək. Bununlada Qarabağ danışıqlar masası arxasında kifayət qədər mövqelərinin zəifləməsinə səbəb olar. Sirr deyilki, rəsmi Bakı, Rusiya və Ermənistan ətrafında gedən siyasi prosesləri diqqətlə izləyir. Və, yaranmış şəraitə uyğun olaraq danışıqlarda dinamikaya nail olmaq üçün hərbi vasitəyə əl atmalıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar