Amerika Qarabağdan narahatdır(mı)...?

16.02.2018 10:57     A-reaksiya     1802

Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, mövcuddur. Əlbəttə ki, biz hamımız Azərbaycan vətəndaşı olaraq bu məsələnin tez bir zamanda həll olmasını istəyirik. Ermənistan silahlı qüvvələrinin Azərbaycana məxsus işğal olunmuş ərazilərdə hələ də qalması mövcud olduğu regionda gərginliyi artırır. ABŞ milli kəşfiyatının direktoru Daniel Kouts tərəfindən Senata təqdim olunmuş “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabatda deyilir: “Hər iki tərəfin kompromisə getmək istəməməsi, kənardan təzyiqin güclənməsi, Azərbaycanın stabil hərbi modernizasiyası və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə geniş miqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”. 
Hesabatda deyilən fikirlə razıyam. Hər halda Amerika kəşfiyyatı kifayət qədər məlumatlıdır ki, Cənubi Qafqazda müharibə risqi barədə təsəvvürü olsun. Ancaq bu deyilənləri biz illərdir deyirik. Çünki Azərbaycan və Ermənistan kütləvi surtədə silahlanırlarsa, demək bölgədə müharibə risqi dəı artacaq. Silahlar və hərbi texnika anbarlarda saxlanmaq üçün alınmır, onlardan istifadə etmək lazım gələcək. Bu mənada Azərbaycan Ermənistandan üstün vəziyyətdədir. 
Fevral ayının 9-11-i tarixində ATƏT-in həmsədrləri hakimiyyət orqanları ilə görüşmək üçün Dağlıq Qarabağa səfər ediblər. Lakin bizə heç də təəccüblü olmayaraq heç bir irəliləyiş əldə olunmadı. Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunması qeyri-real göstəricidir. Nəzər saldıqda görünməkdədir ki, Ermənistanın həyata keçirilən layihələrdə demək olar ki, heç bir ciddi rolu yoxdur və ya təcrid olunmuşdur. Azərbaycan isə əksinə regionda bir çox layihələri reallaşdırmış, reallaşdırılmasına imza atmışdır ki, bu da Azərbaycanın regionda və beynəlxalq aləmdə özünəməxsus yer tutmasına gətirib çıxarır. Bu gün Azərbaycan regional əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi " və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın irəli sürdüyü iddiaları beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə (müstəqilliyini qazanan dövlətlərin sərhədlərinin dəyişdirilməməsi prinsipi, yəni əvvəl nəyin var idisə, müstəqil olandan sonra onunla da kifayətlənməlisən – S.M) ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassız qəbul olunmaqdadır. 
Ermənistana ciddi təzyiq olunduğu və Rusiyanın yardımını dayandırdığı anda Ermənistanın müharibə ilə deyil onun sadəcə iqtisadi, sosial çöküşü Dağlıq Qarabağ məsələsinin həllinə gətirib çıxaracaqdır. Uti possidetis prinsipi aydın formada təsdiq edir ki, Azərbaycanda müstəqillik əldə edilməmişdən əvvəl Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan olunmuşdur. Yəni Dağlıq Qarabağ o zamanda Azərbaycanın rəsmən qəbul edilmiş ərazisi olmuşdur.
 
Sevda Məmmədova, 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Şərhlər

Çox oxunanlar