Azərbaycanın parlament diplomatiyasının uğuru

Avropa Parlamentində (AP) yeni yaradılmış "Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanatın qəbul edilməsi Azərbaycanın parlament diplomatiyasının uğurudur.
 
Bu barədə Trend-ə millət vəkili Rauf Əliyev bildirib.
 
O qeyd edib ki, bəyanatın qəbul edilməsi təşəbbüsü Avropa Parlamentinin Latviyadan olan deputatı, AP-nin Xarici əlaqələr komitəsinin üzvü və "Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb: "Bu bəyanat Xocal soyqırımı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir. Bəyanatda Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni təcavüzkarları tərəfindən törədilmiş amansız cinayətdən, soyqırımdan danışılır və Xocalı hadisəsi kimi insanlıq əlehinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı soyqırımının xatırlanmalı olduğu vurğulanır. Avropa Parlamenti tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi çox mühüm məsələdir. Bu, Azərbaycanın parlament diplomatiyasının uğurudur".
 
Mili Məclisin deputatı vurğulayıb ki, Xocalı soyqırımının dünyada tanınması üçün son illər mühüm tədbirlər həyata keçirilir: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında hər il "Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın, o cümlədən Avropanın bir çox ölkələrində faciə barədə həqiqətlərin dünyaya çatdırılması isqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda dünyanın 12 ölkəsində, ABŞ-ın 21 ştatında Xocalı faciəsi barədə sənədlər qəbul edilib. Avropa Parlamentində Xocalı soyqırımı barədə bəyanatın qəbul edilməsi göstərir ki, Azərbaycan düzgün yoldadır. Dünyada ildən-ilə daha çox ölkələr, beynəlxalq təşkilatlar bu soyqırımı tanıyacaqlar".
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar