Millət vəkili: Rusiya ilə Qərb arasında “buz savaşı” yaşana bilər

27.03.2018 12:30     A-reaksiya     1218

İlk dəfədir ki, bu qədər ölkə birdən-birə Rusiyaya qarşı belə addım atır.

Bunu  açıqlamasında politoloq, millət vəkili Sahib Alıyev Böyük Britaniya ilə Rusiya arasında məlum diplomatik gərginlikdən sonra bir çox Qərb ölkələrindən rus diplomatların qovulmasına və bunun nələrə gətirib çıxara biləcəyinə münasibətini bildirərkən deyib.

“Birincisi, onu deyim ki, çoxlu sayda rusiyalı diplomatın arzuolunmaz şəxs elan edilmələri birinci dəfə deyil”, - deyən millət vəkilinin sözlərinə görə, Böyük Britaniyada indikindən də bir neçə dəfə artıq rus diplomatın arzuedilməz şəxs kimi ölkədən çıxarıldıqları vaxtlar olub. 

“Məsələn, 1971-ci ildə 105, 1985-ci ildə isə 31 sovet diplomatı Böyük Britaniyadan çıxarılmışdı.

Sonuncu olaydan az keçmiş artıq o zaman SSRİ-nin başında duran Qorbaçovla Böyük Britaniyanın baş naziri Tetçer kameralar önündə birilikdə gülümsəyir  və bir-birinə difirambalar deyirdilər.

Yəni, rusiyalı diplomatların arzuolunmaz şəxs elan edilmələri heç də diplomatik əlaqələrin kəsilməsi anlamına gəlmir.

Onların yerinə başqaları gedib eyni funksiyanı yerinə yetirəcəklər.

Amma səhv etmirəmsə, ilk dəfədirki, bu qədər ölkə birdən-birə Rusiyaya qarşı belə addım atırlar.

Bu, Rusiya üçün müəyyən çətinliklər vəd edir. Artıq bəziləri bunu soyuq da yox, “buz savaşı” kimi dəyərləndirirlər.

Fikrimcə, baş verənlərin “buz savaşı”na çevrilib-çevrilməyəcəyi Rusiya rəhbərliyinin atacağı cavab addımlarından asılı olacaq.

Hazırda Rusiyanı yönəldənlər Qərbdəki əksər həmkarlarından daha uzaqgörən və hazırlıqlı olduqlarından, düşünmürəm ki, onlar vəziyyətin belə bir həddə gəlib çatmasına şərait yaratsınlar”, - deyə S.Alıyev bildirib.(oxu.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar