XİN: Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının prinsiplərini təşviq etməkdir

03.04.2018 12:15     A-reaksiya     1510

"Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının təməl və prinsiplərini, məqsəd və məramlarını beynəlxalq səviyyədə, o cümlədən, Avropa qitəsində təşviq etməkdir". Reaksiya.az  xəbər verir ki, bunu XİN-in mətbuat xidməti Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan həm də beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan münasibətlərin formalaşması, Bandunq prinsiplərinə hörmət kimi məqsəd və məramların təşviqinə çalışacaq: "Bu gün də beynəlxalq münasibətlərdə gərginlik mühiti artmaqdadır və bu halda Qoşulmama Hərəkatının vacibliyi özünü təsdiqləyib".

"Qoşulmama Hərəkatının bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məxsusi qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri, ərazi bütövlüyü və suverenliyi dəstəklənir və məhz BMT Təhlükəsizlik şurasının qətnamələri əsasında həllinə çağırış edilir. Əvvəlki sammitdə və XİN rəhbərlərinin toplantısında belə bir bənd də qəbul edilib. Builki toplantı çərçivəsində də bu məsələ müzakirə olunacaq. Çünki bu hərəkatın təməlində beynəlxalq sülh və təhlükəsizlik məsələləri, münaqişələrin həll edilməsi və onların həllinə müsbət töhfə verilməsi fundamental maraq kəsb edən məsələlərdən biridir", - deyə H. Hacıyev əlavə edib.

Reaksiya.az

Şərhlər