Oqtay Əsədov: “Xaricdə Azərbaycan əleyhinə iş aparan azərbaycanlıların mənəviyyatı yoxdur”

03.04.2018 13:04     A-reaksiya     1567

“Xaricdə yaşayan və Azərbaycana qarşı iş aparan bəziləri azərbaycanlı sayılmamalıdır. Onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər. Xalqımız mərddir, mənəviyyatı olan xalqdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, belə adamlar xalqa məxsus mənəvi dəyərlərdən uzaqdırlar: “Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər”.

Reaksiya.az

Şərhlər