Rusiyanın Xəzərdəki hədəfi kimdir?

04.04.2018 12:28     A-reaksiya     1526

Bu günlərdə Rusiyanın Xəzər donanmasını Azərbaycanla sərhədə yaxın əraziyə-Dağıstanın Kaspiyski şəhərinə köçürəcəyi barəsində məlumat yayıldı.Məlumata görə bu barədə bəyanatla şəxsən Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib.
 
Şoyqu daha sonra bəyan edib ki, Rusiyanın bu adımı cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək mərhələsinin tərkib hissəsidir.''Yoldaş marşal''ın sözündən elə çıxır ki,Rusiya cənub sərhədlərindən narahatdır.Nəzərinizə çatdırım ki,Rusiyanın cənub sərhədində və Xəzər sahilində Azərbaycan yerləşir. 
 
Çox maraqlıdır ki, Rusiyaya Azərbaycandan nə kimi bir təhlükə ola bilər? Təbii ki, heç bir təhlükə filan yoxdu. Bu sadəcə Azərbaycanı enerji lahiyələrindən öz xeyrinə çəkindirmək üçün Kremlin isdifadə etdiyi bir təhdid metodur. İlk öncə ''ermənipərəst'' birini Azərbaycana səfir göndərməyə cəhd gösdərən rəsmi Moskva indi də Azərbaycanda xüsusi mühüm tədbirlərə-xüsusi ilə seçkilərə çox az qalmış belə bir təhdid metodundan isdifadə edir.Təəssüf ki, Kreml hər seçkiqabağı Azərbaycan üçün bir məsələ ilə problem yaradır.Bu da hardasa anlaşılandır.
 
Bu gün demək olar ki, ən müstəqil xarici siyasət yeridən Azərbaycandır. Təbii ki, Rusiyada neftlə zəngin olan vətənimizin heç cür güclənməsini istəmir. Bəli deyəsən Şoyqu elə haqlıdır və biz ''təhlükənin mənbəyini' 'tapdıq. Güclü Azərbaycan. Mənim üçün ən çox maraqlı olan isə bu qərarın Putinin Ankaraya səfər edib atom elektrik stansiyanın təməlini atdığı ərəfədə açıqlanmasıdır. Təbii ki, bu da bir siyasətdir. Bu məsələdə hər kəs Ərdoğanın Qarabağ və Azərbaycanla bağlı nə deyəcəyini gəzləyir. Həqiqətən də görəsən ki,Ərdoğan Putinin diqqətinə Azərbaycanın haqq işini lazımi şəkildə çatdıracaqmı? Maraqlı sualdır və biz bunun cavabını bu gün keçiriləcək Türkiyə Azərbaycan və İran dövlət başçılarının görüşündə ala biləcəyik. 
 
İrana gəldikdə isə düşünürəm ki, Rusiyanın Xəzərdə donanmasını gücləndirdiyi bir vaxtda İranda boş durmayacaq.Qısacası Bakıda havanın soyuq və küləkli keçməsinə baxmayaraq Xəzərdə suyun temperaturu həddən çox yüksəkdir.
 
Zeynal Əmrəliyev, 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
 

Şərhlər