Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək"

05.04.2018 12:38     A-reaksiya     1295

"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir".

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.

"BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan Silahlı Qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Bir çox təşkilat tərəfindən bu mövqe dəstəklənib. Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir. Münaqişə nəticəsində yaranan "status-kvo" heç zaman qəbul edilməyəcək", - deyə E. Məmmədyarov qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar