Bakı-Vaşinqton münasibətləri gərginləşəcək, yoxsa... | Reaksiya

Bakı-Vaşinqton münasibətləri gərginləşəcək, yoxsa...

Ekspert: “ATƏT də, ABŞ da bilirdi ki, seçkinin favoriti İlham Əliyevdir”

İrəvanda son günlər keçirilən mitinqlərə güc tətbiq edən, yüzlərlə müxalif fəalı həbs edən Ermənistan hakimiyyətinə loyal münasibət ortaya qoyan ABŞ Dövlət Departamentindən Azərbaycanda keçirilən seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ilkin rəyini bölüşdüyü barədə açıqlama verilib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi “Turan”ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib ki, ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır. "Turan" agentliyinin xəbərində deyilir:“Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa, həmçinin ATƏT-in Minsk Qrupu ilə fəal əməkdaşlıq vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına ümid edir. Biz Azərbaycanda seçkilərin müşahidəsi üzrə ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq. İlkin hesabatda bəzi çatışmazlıqlar qeydə alınıb. Bura əsas azadlıqların məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması daxildir. Seçki administrasiyası resurslarla təmin edilsə də, DTİHB şəffaflığın olmadığını, çoxsaylı ciddi pozuntuların olduğunu, səsvermə zamanı qutulara topa ilə bülletenlerin atıldığını bildirib. Biz prezident Əliyevi və administrasiyasını bu problemlərin operativ həllinə çağırırıq”.

ABŞ Dövlət Departamentindən belə bir mövqenin bəyan edilməsi Azərbaycanla ABŞ arasında münasibətləri yenidən gərginləşdirə bilərmi?

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Vaşinqton seçkilərin favoritinin İlham Əliyev olduğunu öncədən bilirdi və ATƏT DTİHB-nin rəyinin Dövlət Departamenti tərəfindən əsas götürüldüyünün bəyan edilməsi ənənəvi rast gəldiyimiz haldır. Bu, iki ölkə arasında münasibətləri gərginləşdirməyəcək: “ATƏT də, ABŞ da bilirdi ki, seçkinin favoriti İlham Əliyevdir və o, haqlı olaraq qalibdir. Sadəcə olaraq, bildirilən iradlar seçkilərin təşkilinə, texniki tərəflərinə, bir sözlə, ikinci dərəcəli məsələlərə aiddir. Yəni qeyd edilən tənqidlər seçkilərin nəticələrinə qətiyyən kölgə sala bilməz və salmır. ABŞ-ın bu məsələyə münasibətdə ATƏT DTİHB-nin ilkin rəyini dəstəkləməsi də o demək deyil ki, Dövlət Departamenti seçkinin nəticələrini şübhə altına alır. ABŞ Dövlət Departamentinin ATƏT DTİHB-nin hesabatını əsas kimi götürməsi ABŞ-la Azərbaycan arasında ciddi problem yaradası deyil. Ola bilsin ki, qısa müddət üçün Bakıdan Vaşinqtona fərdlərin mövqeyi səviyyəsində etirazlar ifadə olunacaq. Vaşinqton isə ”ATƏT DTİHB-nin rəyini bölüşürük" bəyanatından o tərəfə Bakını narahat edəcək praktiki addım atmayacaq. Hakimiyyətlə həmişəki formada əməkdaşlıqda davam edəcəklər.

Seçkilər barədə sözügedən rəydə əksini tapan fikirlərin əksəriyyəti subyektiv fikirlərdir. Bu, Azərbaycanın nə Avropa ilə, nə də ABŞ-la münasibətlərinə hər hansı bir gərginlik gətirməyəcək. Avropa İttifaqından, Avropa Şurasından Azərbaycan prezidentinə yüksək səviyyədə təbriklər və o təbriklərdə “Sizinlə işləməyi səbirsizliklə gözləyirik” fikirləri də bunu deməyə əsas verir. Azərbaycan Qərbə inteqrasiya yolunu davam etdirəcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər