Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Tarix: 20.04.2018 12:30
Oxunma sayı: 411
Paylaş:

Serj Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb, ölkədə yoxsulluq, səfalət hökm sürür.

 
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
 
Deputat bidirib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində regiondakı bütün layihələrdən kənarda qalıb: "Bu, Ermənistanın süqutu deməkdir. Digər tərəfdən, Ermənistanın iqtisadi inkişafı üçün heç bir mənbə yoxdur. Ermənistan bir-iki ildən sonra təcridolunmanın daha böyük fəsadlarını yaşayacaq. Ermənistanda əhalinin bir hissəsi bu vəziyyətə dözməyərək ölkəni tərk edir və hər il 250 minə qədər erməni ölkədən birdəfəlik gedir”.
 
A.Hüseynov qeyd edib ki, Ermənistan kənar güclər tərəfindən idarə olunur: "Əlbəttə, Ermənistanda bu vəziyyətlə barışmaq istəməyən qüvvələr var və onlar Serj Sarkisyanın növbəti 5 illik hakimiyyəti dövründə ölkəni hansı vəziyyətə salacağını bilirlər. Ona görə də insanlar etiraz edirlər, çünki onlar başa düşürlər ki, Sarkisyan baş nazir olmaqla Ermənistanı birbaşa məhvə aparır”.
 
Onun sözlərinə görə, burada daha bir təəssüfedici məqam ondan ibarətdir ki, Azərbaycanı tənqid atəşinə tutan "demokratiya carçıları” Ermənistanda baş verən hadisələr, aksiya iştirakçılarının həbsi məsələsində susurlar.
 
Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.
 

Şərhlər