Hikmət Hacıyev: "Çernobıl" AES-in texnologiyası əsasında inşa edilmiş "Metsamor" stansiyası təhlükə mənbəyidir"

26.04.2018 11:40     A-reaksiya     1270

"Çernobıl faciəsi qurbanlarının Beynəlxalq Anım Günündə Ukrayna, Belarus və Rusiya Xarici İşlər nazirlikləri ilə həmrəy olduğumuzu təsdiq edirik".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu faciənin nəticələrinin aradan qaldırılması işində Azərbaycandan 7000-dən çox insan iştirak edib.

"Biz həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisində yerləşən və 1976-cı ildə "Çernobıl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-ə yönəltməsini istərdik. Çünki "Metsamor" stansiyası təhlükə mənbəyidir", - H.Hacıyev söyləyib.

Reaksiya.az

Şərhlər