Rob Sobhani: "Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün dünyanın tarixində önəmli şəxs idi"

10.05.2018 11:31     A-reaksiya     1680

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şübhəsiz ki, təkcə Azərbaycanın deyil, bütün dünyanın tarixində önəmli və nadir şəxs idi.

Reaksiya.az xəbər verir ki, bunu trend-ə "Caspian Group Holdings"in (ABŞ) baş direktoru Rob Sobhani deyib.

R.Sobhani qeyd edib: "Heydər Əliyev Sovet İttifaqı dağıldıqdan sonra böyük çətinliklərlə üzləşən ölkədə hakimiyyətə qayıtdı (səhiyyə, təhsillə bağlı problemlər, eləcə də beynəlxalq təcrid var idi) və bir neçə il ərzində köklü dəyişikliklərə nail oldu. Dövlətin belə bacarıqla idarə olunması əsl möcüzə adlandırıla bilər".

Sobhani bildirib ki, güclü bir şəxsiyyət olan Heydər Əliyevin diplomatik fəaliyyəti Azərbaycanın mənafeyinə yönəldilmişdi:

"Heydər Əliyev özü və ölkəsi ilə bağlı mənfi fikirləri boğdu və həmişə Azərbaycanın maraqlarını müdafiə etdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanın müstəqilliyini və iqtisadi qüdrətini istəməyən qüvvələr var. Bu ona Azərbaycanın müstəqilliyini təmin etmək istiqamətində hərəkət etməyə imkan verdi".

Sobhani qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqına olan məhəbbəti və ilk növbədə Azərbaycanın irsini və mədəniyyətini qoruması onun uğurunun əsas amilləridir:

"Azərbaycanın 70 ildən artıq SSRİ-nin tərkib hissəsi olmasına baxmayaraq, Heydər Əliyev Azərbaycanın özünəməxsusluğunu təmin edə bildi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün dünyanın tarixində ən mühüm şəxs idi".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar