Əli Əhmədov: "Gənclərin layiqli işlə təmin olunması hökümətin mühüm vəzifəsidir"

21.05.2018 13:02     A-reaksiya     1128

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur". Bunu baş nazirin müav­ini Əli Əhmədov “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfransda deyib.

O xatırladıb ki, Dağlıq Qarabağ müna­qişəsi nəticəsində azərbaycanlılar etnik ­təmizləməyə məruz qal­ıblar: "İnsanlar öz doğ­ma torpaqlarını tərk ed­ib. Bu torpaqlardan köçkün düşən bir milyondan ­artıq vətəndaşın layiqli ­işlə təmin olunma­sının nə qədər böyük iş ­olduğunu bilirsiniz".

Ə.Əhmədov bildirib ki, Azər­baycan əhalinin 46 faizini 29 ­yaşa qədər olan şəxslər təşkil ed­ir: "Bu gənclərin layiqli əməklə təmin olunması məsələsində hökumətin qarşısında mühüm vəz­ifələr durur".

O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin ol­unması istiqamətində, daha səmərəli addımlar atılacaq.

Reaksiya.az

Şərhlər