Politoloq: “İrəvandakı hakimiyyət danışıqlara məhkumdur” | Reaksiya

Politoloq: “İrəvandakı hakimiyyət danışıqlara məhkumdur”

Politoloq Fikrət Sadıxov deyir ki, Minsk qrupunun səylərinin nəticəsi olaraq ölkə rəhbərləri arasında görüş baş tutmalıdır

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”. Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycan tərəfi danışıqlara hər zaman hazırdır:

 

“Biz danışıqları indi də aparırıq. Minsk qrupunun həmsədrləri də münaqişənin həlli üçün səylər nümayiş etdirir. Bunun nəticəsi olaraq ölkə rəhbərləri arasında görüş baş tutmalıdır. Amma hələlik biz İrəvandan məntiqə və beynəlxalq hüquqa uyğun olmayan, radikal bəyanatlar eşidirik. Bu bəyanatlar küçələrdə, meydanlarda yığışan adamalara ünvanlanır. İrəvandakı siyasi hakimiyyət başa düşməlidir ki, onlar danışıqlara məhkumdur. Bu danışıqlar prosesi də formal xarakter daşımamalıdır”.

Bir neçə gün öncə Ermənistan xarici işlər naziri Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə biləcəyi barədə açıqlama vermişdi.

Reaksiya.az
 

Advertisement Banner

Şərhlər