Volodin: "Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələri aktivləşdirmək lazımdır"

25.06.2018 12:29     A-reaksiya     963

"Parlamentlərarası əlaqələrimizdə, təbii ki, inkişaf üçün potensial var. Azərbaycana səfərin parlament ölçüsü çərçivəsində əlaqələrin regionlararası səviyyəyə çatdırılmasına imkan verəcək razılaşmalar əldə olunması və ümumilikdə, xalqlarımız arasındakı münasibətlərin inkişafına təkan verməsi ilə nəticələnəcəyinə ümid edirik".

"Report" Rusiya Dövlət Dumasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfəri çərçivəsində deyib.

O, Azərbaycana bu səfərin yeddinci çağırış Dövlət Dumasının nümayəndə heyəti üçün ilk səfər olduğunu xatırladıb və iki ölkənin parlamentarilərinin ölkə prezidentləri tərəfindən qaldırılmış bir çox məsələləri həll etməli olduğunu bildirib.

"Dövlət başçılarımız kifayət qədər tez-tez görüşür, onlar çox vacib məsələləri, əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə edirlər. Parlamentlərin vəzifəsi Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında əldə olunan həll yollarının qanuni təminatıdır. Buna görə də, bu, işimizdə pritoritetlərdən biridir" - V.Volodin vurğulayıb.

Dövlət Dumasının sədrinin sözlərinə görə, regionlararası əməkdaşlıq çərçivəsində 2019-cu ildə birgə konfransın keçirilməsi məsələsini nəzərdən keçirmək, eyni zamanda Rusiya və Azərbaycan parlamentlərinin komitələrinin qarşılıqlı əlaqələrini aktivləşdirmək lazımdır.

Reaksiya.az

Şərhlər