Putinin Qafqazla bağlı xüsusi narahatlığı var - Son təyinatın şərhi

Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Matovnikovu özünün Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin edib. Generalın tərcümeyi-halına baxdıqda əmin olmaq olar ki, Putinin Qafqazla bağlı nəsə xüsusi narahatlığı var.

Bunu açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politoloqgiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, bu vəzifəyə əsas etibarilə ehtiyatda olan hərbçilər təyin edilirdi:

“Sonuncu nümayəndə, vitse-admiral Oleq Belaventsev də Rusiya Dəniz Donanmasında xidmət keçmiş hərbçi idi. Ancaq Matovnikov hər iki Çeçenistan müharibəsində iştirak etmiş, uzun illər Federal Təhlükəsizlik Xidməti sistemində çalışmış və burada “A” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olmuş bir şəxsdir. Daha sonra isə Müdafiə Nazirliyi sisteminə gətirilərək Silahlı Qüvvələrin Baş Əməliyyat İdarəsinin rəisi təyin olunub”.

Z.Əmrəliyeq qeyd edib ki, A.Matovnikov V.Putinin ordu içində xüsusi önəm verdiyi generallardan biri olub və adı tez-tez dövlət təltiflərinə salınıb:

“Putinin gözlənilməz halda uzun illər rus polisində çalışmış və burada daxili işlər nazirinin I müavinliyinədək yüksəlmiş Vladimir Vasiliyev kimi önəmli bir əməliyyatçını Dağıstana rəhbər təyin etməsindən sonra Matovnikovu da Qafqaza göndərməsi Kreml rəhbərinin Şimali Qafqazın təhlükəsizliyindən son dərəcə narahat olduğuna dəlalət edir”.

Qeyd edək ki, Rusiya Prezidenti V.Putin iyunun 26-da imzaladığı sərəncamla A.Matovnikovu Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin edib.

A.Matovnikov 19 sentyabr 1965-ci ildə Moskvada anadan olub. Rusiyanın hərbi xadimi, general-leytenant, Rusiya Qəhrəmanıdır. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) komandanının müavini, 2015-ci ildən dünənək isə XƏQ-in komandanı və Baş Kəşfiyyat İdarəsi rəisinin müavini olub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər