Politoloq: “Türkiyə tərəfi sanksiyalara adekvat cavab verəcək”

Politoloq Arzu Nağıyev deyir ki, birinci şəxslərin görüşündən sonra bütün məsələlərə aydınlıq gələcək

ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırlayır. Sanksiyalar Donald Tramp administrasiyasının qərarı ilə Türkiyə hakimiyyəti tərəfindən ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibi səbəbindən tətbiq oluna bilər.

Politoloq Arzu Nağıyev  deyir ki, Tükiyə və ABŞ arasında yaşananlar müəyyən problemlərdən qaynaqlanır: “Görünən odur ki, Türkiyə tərəfi bu sanksiyaların adekvat cavabını verəcək. Ancaq qarşılıqlı əlaqələr də nəzərə alınacaq. ABŞ son vaxtlar Türkiyə Rusiya yaxınlaşmasını qəbul edə bilmir. Ona görə də, proses uzanır. Düşünürəm ki, birinci şəxslərin görüşündən sonra bütün məsələlərə aydınlıq gələcək. Türkiyə də ABŞ-a qarşı hər hansı sanksiya tətbiq edə bilər”.


Reaksiya.az

Advertisement Banner

Şərhlər