Köhnə rejimin nümayəndələri Paşinyana qarşı revanşa qalxır - Ermənistanda sular durulmur

21.08.2018 16:34     A-reaksiya     1277

Köçəryanın siyasətə qayıtmaq barədə bəyanatları onları ürəkləndirib

Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 17-də “erməni inqilabı”nın 100 günlüyü münasibətilə keçirdiyi mitinqdə rəqiblərinin (Paşinyan onları əks-inqilabçılar adlandırır) ünvanlarına səsləndirdiyi fikirlərdən sonra köhnə rejimin tərəfdarları hərəkətə gəlib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazirin çıxşına reaksiya verən Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasının (ERP) mətbuat katibi Eduard Şarmazanov, keçmiş ədliyyə naziri David Arutunyan, parlament sədrnin müavini Arpine Ovannisyan, ERP-nin sədr müavini, deputat Armen Aşotyan onu sosial şəbəkələrdəki hesablarından sərt şəkildə tənqid ediblər. Adları çəkilən şəxslərə keçmiş rejimlə bu və ya digər şəkildə bağlı olan İnsan haqları üzrə müvəkkil Arman Tatoyan və Vəkillər kollegiyasının sədri Ara Zöhrabyan qoşulub. Onların hamısının bəyanatlarında ölkədə hazırda nifrət və dözümsüzlük atmosferinin formalaşması, həmçinin güc orqanlarının hərəkətlərindən edilən şikayətlər var.

Картинки по запросу РПА Армения

Bunların içində vəzifəcə ən böyük sayılan Milli Assambleyanın sədri Ara Babloyanın bəyanatı xüsusi diqqət cəlb edir.

Partiyadaşları kimi, Paşinyanın nitqində səsləndirilən fikirləri tənqid edən və ondan sitatlar gətirən Babloyan hazırda “Ermənistanın normal ictimai siyasi həyatının, dövlət hakimiyyətinin orqanları arasında konstitusion-hüquqi münasibətlərin təhdid altında olduğunu” bəyan edib.

“Mən ölkədə qeyri-dözümlülüyün və cəmiyyətin inqilabın tərəfdarı və əleyhdarı olaraq bölünməsinin dərinləşməsi kimi təhlükəli bir tendensiyanı müşahidə edirəm”, - Babloyan deyib.

Babloyan hesab edir ki, Nikol Paşinyanın çıxışında deyilən sözlər Ermənistan Respublikasının konstitusiya quruluşunu təhdid edən, onun beynəlxalq öhdəliklərinə zidd olan mesajlar olub.

Картинки по запросу ара баблоян

Ara Babloyan

Babloyanın çxışında ən maraqlı yer onu nəticəvi hissəsi olub.

“Beləliklə, yuxarıda söylənənləri nəzərə alaraq mən Ermənistan prezidenti, baş nazir, ombudsman və Ali Məhkəmə şurasının üzvləri, həmçinin ölkədə olan diplomatik missiyanın rəhbərləri ilə görüş planlayıram. Öz konstitusiya missiyasına sadiq qalaraq Milli Assambleya bundan sonra da qanunvericiliklə ona verilən səlahiyyətləri icra edəcək”.

Erməni mətbuatı Babloyanın bu çıxşını öz təşəbbüsü ilə və ya “konstitusion vəzifəsini yada salaraq” yazmadığını, daha doğrusu, keçmiş rejimin nümayəndələrinin qərarını ifadə etdiyini bildirir. Bunların arxasında isə hələ ki, hadisələri uzaqdan idarə edib, kölgədə qalmağa üstünlük verən Serj Sərkisyan və prosesi faktiki olaraq koordinasiya edən Robert Köçəryanın dayandığı bildirilir.

Картинки по запросу kocharyan sargsyan

Babloyanın Mili Assambleyanın öz səlahiyyətlərini bundan sonra da icra edəcəyi barədə cümləsi isə Paşinyan mediasında seçkiləri pozmaq, yeni çevrilişə hazırlıq cəhdi olaraq qiymətləndirilir.(Musavat.com)

Reaksiya.az

Şərhlər