Ermənistan rəhbərliyi dəhşətli bir reallıqla üzləşəcək - "200 saylı yük"lərdən biri də paşinyanların evinə gedəcək

04.09.2018 14:42     A-reaksiya     1114

"Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır." Bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev səsləndirdi. 
Millət vəkili Sahib Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin görüşlərini şərh edərkən bildirib ki, təbii ki, dövlət başçımız Ermənistanın yeni rəhbərliyinin konstruktiv mövqe tutacağına ümid etdiyini deyərkən heç də bunu Nikol Paşinyan kimi populist və səbatsız bir adama dayanaraq dilə gətirmir. Fikrimcə, onun bu ümidinin kökündə Ermənistan üzərində böyük və müəyyən qədər təsiri olan iki dövlətin Rusiyayla Almaniyanın rəhbərlərinin- Putinlə Merkelin problemin həllində səy göstərəcəkləri haqda vədləri durur.

Düzdür, Soçi görüşündən sonra cənab Putin bu haqda açıqlama verərəkən konkretliyə varmadan "Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək" deməklə kifayətlənmişdi. Almaniya Kansleri isə Bakıda olarkən Dağlıq Qarabağ problemindən danışarkən belə bir açıqlamada bulunmuşdu: "Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər". 
Yəqin ki, bağlı qapılar arxasındakı görüşdə onlar bununla bağlı daha detallı və açıq danışırlar. Azərbaycanın dövlət başçısı da məhz həmən danışıqlar zamanı deyilənlərə ümid bəslədiyini vurğulayır. Və Nikol Paşinyanın özündən çox Angela Merkelə jest edərək ona öz təbirincə desək, "20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim"in başında duranlardan fərqli yanaşma sərgiləyə biləcəyini ortaya qoyur. Ancaq bir şərtlə yeni hay baş nazır danışıqlara, özü də konstruktiv danışıqlara hazır olduğunu tez bir zamanda göstərsin. Bu isə populistlik yox, məsuliyyətli davranış və fədakarlıq tələb edir. 
Əgər Paşinyan ona verilən bu fürsətdən faydalanmasa, ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək. Haylar üçün ən pis variant isə odur ki, Ermənistan rəhbərliyi 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcək və nəzərə alsaq ki, indi onların da oğulları Dağlıq Qarabada hərbi xidmətdədir, ola da bilsin, oradan göndərilən "200 saylı yük"lərdən biri də paşinyanların evinə gedəcək.

Reaksiya.az

Şərhlər